UEFA İspaniyanın “Barselona” klubunun təşkilatın maliyyə qaydalarını pozması ilə bağlı işə baxılması üçün son tarix təyin edib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, bu məsələyə fevralda baxılacaq.
Cümə günü alman “Die Welt” nəşri Kataloniya klubunun maliyyə feyr-pleyinə əməl etmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırıla biləcəyini yazmışdı. Eyni zamanda, hesabatlarda “Barselona”nın gəlirlərinin artırılması ilə bağlı, futbol klubu üçün qeyri-adi olan şübhəli əməliyyatların olması qeyd edilib.
“Marca”nın məlumatına görə, “Barselona”, həmçinin PSJ, “Mançester Siti” və “Milan” daxil olmaqla, Avropanın 9 yüksək səviyyəli klubu, həmin klubların UEFA tərəfindən müəyyən edilmiş, təşkilatın yarışlarında iştirakla bağlı müəyyən etdiyi maliyyə qaydalarına riayət olunması ilə bağlı yoxlama altındadır.
Eyni zamanda, ispan nəşrinin yazdığına görə, son günlər ortaya çıxmış xəbərlər, Avropa İttifaqı Məhkəməsinin FIFA və UEFA-nın Avropa futbolunda üstün mövqeyindən sui-istifadə etməsinə dair qərarının ertəsi günü qəsdən yayılan şayiələr və ya məlumat sızmasıdır.
“Die Welt” nəşrinin “Barselona” haqda müvafiq dərcindən sonra Kataloniya klubunun düşərgəsindən klubun bu xüsusda məlumata sahib olmadığı açıqlanmışdı. İspanların hətta bundan təəccübləndiyi haqda məlumat verilmişdi. Həmçinin bunun qəsdən sızdırılmış şayiələr olduğu vurğulanmışdı.


