Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib. Arena.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olub.
Birinci oyunda 2:0 hesabıyla qalib gəlmiş “İnter” əzəli rəqibi “Milan”ı bu dəfə ev sahibi kimi sınağa çəkib. “Milan” ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bu istəyinə çata bilməyib. Əksinə, cavab görüşündə qələbə də qazanan “İnter” ilk finalçı olub.
Qeyd edək ki, digər yarımfinal görüşü sabah İspaniyanın “Real” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək. Madriddəki ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün həlledici oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək. Final matçına iyunun 10-da Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
16 may
“İnter” (İtaliya) – “Milan” (İtaliya) 1:0
Qol: Lautaro Martines, 74.
Baş hakim: Kleman Turpen (Fransa).
Milan, “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.
İnter: Andre Onana, Denzel Dumfris, Matteo Darmian, Françesko Açerbi, Alessandro Bastoni, Federiko Dimarko (Robin Qosens, 66), Nikolo Barella (Roberto Qalyardini, 85), Henrix Mxitaryan (Marselo Brozoviç, 43), Hakan Çalhanoğlu, Lautaro Martines (k) (Xoakin Korrea, 85), Edin Ceko (Romelu Lukaku, 66).
Ehtiyat oyunçular: Samir Handanoviç, Aleks Kordats, Stefan de Vrey, Danilo D’Ambrozio, Raul Bellanova, Kristian Asllani, Aleksandr Stankoviç.
Baş məşqçi: Simone İnzaqi.
Milan: Mayk Menyan, Davide Kalabriya (k), Malik Tiav (Pyer Kalulu, 64), Fikayo Tomori, Teo Hernandes, Rade Kruniç, Sandro Tonali, Braim Dias (Divok Oriqi, 76), Junior Messias (Aleksis Salemakers, 76), Rafael Leao, Olivye Jiru.
Ehtiyat oyunçular: Lapo Nava, Antonio Mirante, Fode Ballo-Ture, Simon Kyaer, Matteo Qabbya, Alessandro Florentsi, Tommazo Pobeqa, Şarl de Ketelare, Ante Rebiç.
Baş məşqçi: Stefano Pioli.