UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən Azərbaycanın üç klubuna – “Qəbələ”, “Neftçi” və “Sabah”a ödəniş edib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA tərəfindən “Qəbələ”yə 450 000, “Neftçi” və “Sabah”a isə hərəsinə 100 000 avro verilib.
Vəsait AFFA-nın vasitəçiliyi ilə adı çəkilən klubların hesabına köçürülüb.
Xatırladaq ki, “Qəbələ” artıq avrokuboklarda mübarizəni dayandırıb. “Neftçi” və “Sabah” isə çıxışını davam etdirir.


