UEFA Azərbaycan təmsilçisi “Qəbələ”yə bu klubun U-19 komandasının Gənclər Liqasında iştirakı ilə əlaqədar 30 000 avro ödəniş edib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu məbləğ “qırmızı-qaralar”ın U-19 komandasının UEFA Gənclər Liqasında iştirakı ilə əlaqədar verilib. Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Xatırladaq ki, “Qəbələ”nin U-19 komandası bu mövsüm Gənclər Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Pandev Akademiyası” komandasını mübarizədən kənarlaşdırmışdı – 1:1,1:0. Lakin növbəti mərhələdə Yunanıstan “Olimpiakos”u təmsilçimizə hər iki oyunda qalib gəlməklə azərbaycanlı gənclərin yolunu kəsmişdi – 0:3, 0:4.


