UEFA Super Liqaya görə ÇL-in yeni tərtibatından imtina edir

UEFA “Avropa Super Liqasını məğlub etmək” üçün Çempionlar Liqasının yeni tərtibatında imtina etməyi düşünür.

Arena.az bu barədə “Voz Populi” dərgisinə istinadən məlumat verir.

Çempionlar Liqasının yeni tərtibatı 36 klubun iştirakını nəzərədə tutur. Amma qitə futbol qurumunun rəhbərliyi bu ideyadan əl çəkməyə və turnirin cari tərtibatını saxlamağa hazırdır.

Xatırladaq ki, daha əvvəl Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. İndi Super Liqa rəsmi surətdə Avropa qanunlarına uyğun olaraq yaradıla bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: