UEFA Xorvatiya Futbol İttifaqını cərimələdi

UEFA-nın İntizam Komitəsi Xorvatiya Futbol İttifaqının (HNS) cərimələnməsi barədə müvafiq qərar qəbul edib.

Arena.az bu barədə Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumat verir.

UEFA, AÇ-2024-ün qrup mərhələsinin sonuncu, 3-cü turunda Xorvatiya – İtaliya oyununda (1:1) bəzi xorvat azarkeşlərin çıxardığı hoqqalara görə cərimə tətbiq edib.

Xorvatiya Futbol İttifaqı yığmanın bəzi azarkeşlərinin bu oyun ərzində meydana yad əşyalar atmasına görə 45 min avro, işıq raketləri buraxmasına və nalayiq davranışlarına görə hər biri 30 min avro – cəmi 105 min avro məbləğində pul cəriməsi ödəməli olacaq.

Xatırladaq ki, Xorvatiya yığması “B” qrupunda İspaniya (0:3), Albaniya (2:2) və İtaliya (1:1) yığmaları ilə mübarizəni 2 xalla qrup 3-cüsü olaraq başa vurub. Sözügedən komanda yekunda AÇ-2024-lə vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: