Ukrayna millisi Şotlandiyada darmadağına üzüldü

Bu gün futbol üzrə Ukrayna millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Şotlandiya yığması ilə qarşılaşıb. Arena.az xəbər verir ki, B Divizionunda 1-ci qrupun ilk turundan təxirə salınmış bu oyun Qlazqo şəhərində keçirilib.

“Hempden Park” stadionunda baş tutan matçı italiyalı FİFA referisi Mauritsio Mariani idarə edib. Qarşılaşma isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Şotlandlar 3 xalı 3 cavabsız qolla qazanıblar.

Bu qələbə sayəsində Şotlandiya yığması 9 xalla qrup liderliyini ələ keçirib. Ukrayna millisi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
B Divizionu, 1-ci qrup
21 sentyabr

Şotlandiya – Ukrayna 3:0
Qol: Makqinn, 70. Dayks, 80; 87.
Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qlazqo. “Hempden Park” stadionu.

Xal: Şotlandiya – 9. Ukrayna – 7. İrlandiya – 4. Ermənistan – 3.