Umar Diau “Şəfa”da!

Son olaraq Belçikada “Akren” klubunun formasını geyinmiş mərkəz müdafiəçisi Umar Diau bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şəfa”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Fransalı futbolçu ilə “2+1” illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren” klubunda çıxış edib.

Umar Diau Fransada “Olimpik Markkua” və “Krua” komandalarının da formasını geyinib. O, müdafiənin mərkəzi ilə yanaşı, sol cinahda da çıxış edə bilir.

Premyer Liqaya uzun illər sonra qayıtmış “Şəfa” bu yay Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli, Maudo Jarjue, Treyvon Fuller, Bafode Dansoko, Kristofer Mamengi, Luis Felipe, Ayxan Əlizadə, Nurhan Abdıyev, Eltun Babazadə və Elmar Məmmədov kimi futbolçuları da heyətinə qatıb.

Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb.

Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev və Pərviz Azadov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: