“Valensiya” yeni qapıçı transfer etdi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Yaqo Herrerini heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

İspaniyadan olan qapıçının sonuncu iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Raed” olub. O, sözügedən klubdan bu ilin iyulunda azad agent kimi ayrılmışdı.

Yaqo Herrerin peşəkar karyerasına “Baskoniya” klubunda başlayıb. O, daha sonra “Barakaldo”, “Atletik” (Bilbao), “Aletiko B” (Madrid), “Numansiya”, “Leqanes” kimi klubların da formasını geyinib. 34 yaşlı qolkiper sonuncu komandası olan “Əl-Raed”də cəmi 13 matça çıxıb.