Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoaxim Vatske alman klubunu İspaniya nəhəngi “Real”la müqayisə edib.
Arena.az AS dərgisinə istinadən məlumat verir, alman mütəxəssis Çempionlar Liqasının finalında Dortmund təmsilçisinin rəqibi olacaq “Real”la “Borussiya”nı iqtisadi və maliyyə baxımından incələyib:
“Mən 200 işçisi və 100 milyon avro məbləğində dövriyyəsi olan kluba gəlmişdim. Bu gün bizdə 1000 işçi çalışır və biz 500 milyon avro məbləğində qazanır, üstəgəl transferlərdən mənfəət əldə edirik. Bu, bir həqiqətdir ki, Madrid də tarixində bir neçə sarsıntı yaşayıb, amma bizim kimi uçuruma düşməyib, yenidən zirvəyə çıxana qədər qalxıb yüksəlməyib”, deyə Vatske vurğulayıb.
Məlum olduğu kimi, “Real” dünyanın ən bahalı və iqtisadi baxımdan ən taraz futbol klubudur.
Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


