Viktor Frankos “Neqreyra işi” ilə bağlı danışdı

İspaniya Ali İdman Şurasının prezidenti Viktor Frankos “Barselona”nın da ittiham edildiyi “Neqreyra işi” ilə bağlı danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Frankosun müvafiq xüsusda fikirlərini təqdim edir:

“Mən əmin oldum ki, hansısa hakimin satın alındığını sübut etmək mümkün deyil. Mən də əminəm ki, ikinci ispan hakimə pul vermək qeyri-etikdir və hər iki məqamı eyni əminliklə demək olar. Zərfləri kiminsə hansısa hakimə aparmasından şübhələnmək üçün heç bir əsas yoxdur, amma xatırlatmaq istərdim ki, “Barselona” hansısa şəkildə bu ödənişlərin lazım olan şey olmadığını etiraf edib.
Bilmirəm, İspaniya arbitrajına cavabdeh olan şəxsə 7 milyon avrodan çox pulun ödənilməsi ilə “sosioloji Madridizmin” nə əlaqəsi var. Düşünürəm ki, “Barselona” prezidenti Madridə üstünlük verən bir cərəyan olduğunu nəzərdə tuturdu və mən bununla razı deyiləm.

Əslində, düzünü desəm, məncə, ən az şikayət edənlər “Barsa” və “Real” olmalıdır”, deyə Viktor Frankos mahiyyət etibarı ilə bu işin qırsaqqız kimi uzadılmasının yekunda heç nəyə gətirib çıxarmayacağını başa düşməyə əsas verib.

Xatırladaq ki, “Barselona” Futbol Klubu İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyranın işi ilə bağlı rəsmən rüşvətxorluqda ittiham edilib.

Hazırda “Neqreyra işi” ilə bağlı araşdırmalar davam etdirilir. Yekun qərarın nə vaxt veriləcəyi bilinmir. İttihamlar sübuta yetirilsə, “Barselona”nı çox ağır cəzalar gözləyir. Hətta Kataloniya təmsilçisinin klub olaraq fəaliyyətinə xitam verilə bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: