Vinisius Junior omba zədəsi aldı

“Real”ın braziliyalı sol vingeri Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya yığması ilə oyunda (1:2) ombasından zədə alıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, noyabrın 17-də Vinisius Braziliyada lazımi tibbi müayinədən keçəcək. Bu diaqnozun nəticələri “Real”a göndəriləcək və “Kral klubu”nun həkimləri Vinisiusun sonrakı fəaliyyətinə qərar verəcəklər. Çox güman ki, “Vinni” Madridə qayıdacaq və orada “qaymaqlılar”ın tibb mütəxəssislərinin nəzarəti altında bərpa mərhələsindən keçəcək.

Daha əvvəl, Vinisius zədəsi barəsində bildirmişdi ki, bu zədə avqustda aldığı zədəyə bənzəyir. O vaxt “Vinni” bir ay ərzində bərpa mərhələsindən keçib və bu müddətdə “Real”ın 4 oyununu buraxmalı olub.

Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 13 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 238 oyun, 65 qol, 68 məhsuldar ötürmə.

“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: