“Real”ın braziliyalı hücumçusu Vinisius Junior portuqaliyalı ulduz Kristiano Ronaldoya həsr edilmiş qiymətli zərgərlik işi – kulonu alıb.
Arena.az bu barədə zərgər Leo Kusronun özünün sosial şəbəkəsində verdiyi məlumata istinadən xəbər verir.
Kulon “7” rəqəmi şəklində hazırlanıb. Bu nömrə altında “Real”da portuqal superulduz Kristiano Ronaldo çıxış edib. Üzü qiymətli daşlarla işlənmiş kulonun arxa tərəfində, vurduğu qolu özünəməxsus şəkildə qeyd edən Kristiano Ronaldonun siluetləri təsvir edilib.
“Əfsanənin şərəfinə Vinisius üçün yeni kulon – Kristiano”, deyə zərgər Leo Kusro özünün sosial şəbəkəsində paylaşdığı şəklə şərh yazıb.
Xatırladaq ki, Kristiano Ronaldo 2009-2018-ci illərdə “Real”ın heyətində çıxış edib. Superulduzun futbolçu karyerasının ən parlaq illəri, həm də “Kral klubu”nun tarixinin ən möhtəşəm dövrü ilə üst-üstə düşüb. Kristiano Ronaldo bu tarixi yazanların lideridir.
Vinisius Junior isə Kristiano Ronaldoya kumiri gözü ilə baxır. Braziliyalı futbolçu “Real”da kumiri kimi, 7 nömrə altında çıxış edir və qarşıdakı mövsüm üçün “Kral klubu”nun simasıdır. Vinni “Real”a 2018-ci ildə “Flamenqo”dan keçib. Geridə qalmış 2022/2023 mövsümündə o, madridlilərin heyətində 55 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə verib və İspaniya Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.


