Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş şahmat üzrə “Vüqar Həşimov Memorialı-2023” superturniri davam edir.
Arena.az xəbər verir ki, yarışın üçüncü günündə şahmatın rapid üzrə sonuncu 3 turun partiyaları baş tutub.
İlk dəfə Qəbələdə təşkil olunmuş turnirin 7-ci turunun ilk gedişini Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov edib.
7-ci tur
Vidit Santoş (Hindistan) – Arjun Eriqaisi (Hindistan) 0,5-0,5
Aydın Süleymanlı (Azərbaycan) – Nicat Abbasov (Azərbaycan)1-0
Rauf Məmmədov (Azərbaycan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5-0,5
Teymur Rəcəbov (Azərbaycan) – Boris Gelfand (İsrail) 0-1
Yorden Van Forest (Niderland) – Riçard Rapport (Macarıstan)1-0
8-ci tur
Arjun Eriqaisi (Hindistan) – Riçard Rapport (Macarıstan) 1-0
Boris Gelfand (İsrail) – Yorden Van Forest (Niderland) 0,5-0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5
Nicat Abbasov (Azərbaycan) – Rauf Məmmədov (Azərbaycan) 0,5-0,5
Vidit Santoş (Hindistan) – Aydın Süleymanlı (Azərbaycan) 1-0
9-cu tur
Aydın Süleymanlı (Azərbaycan) – Arjun Eriqaisi (Hindistan) 1-0
Rauf Məmmədov (Azərbaycan) – Vidit Santoş (Hindistan) 0,5-0,5
Teymur Rəcəbov (Azərbaycan) – Nicat Abbasov (Azərbaycan) 0,5-0,5
Yorden Van Forest (Niderland) – Şəhriyar Məmmədyarov (Azərbaycan) 1-0
Riçard Rapport (Macarıstan) – Boris Gelfand (İsrail) 1-0
9 turdan sonra 11 xalı olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı yarış cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyiciləri hindistanlı Arjun Eriqaisi, Vidit Santoş və Yorden Van Forestdir. Onların 10 xalı var.
Qeyd edək ki, sabah yarışda blits üzrə partiyalar oynanılacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən məlum olacaq.
Xatırladaq ki, “Vüqar Həşimov Memorialı-2023” superturnirinə dekabrın 11-də yekun vurulacaq.


