“Vüqar Həşimov Memorialı”: Dudanı Eriqaisi ilə əvəzləndi

Bu il Qəbələdə təşkil olunacaq şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Artıq Dudanı kimin əvəz edəcəyi də məlumdur. Onun əvəzinə Hindistan şahmatçısı Arjun Eriqaisi ilk dəfə sözügedən xatirə turnirinə dəvət olunub.

14 yaşında beynəlxalq qrossmeyster olan Arjun Eriqaisi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Şahmatçı ötən il Sinqapurdan olan şirkətlə 1,5 milyon dollarlıq sponsor müqaviləsi imzalamaqla diqqətə səbəb olub.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: