“Real”ın yeni baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın sükanı arxsında qazandığı ilk qələbə haqda fikrini açıqlayıb.
Arena.az məlumat verir ki, 43 yaşlı ispan mütəxəssisin “Real”la ilk qələbəsi 2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Paçuka” ilə 2-ci tur oyununa təsadüf edib.
İspaniya nəhəngi oyunun 7-ci dəqiqəsində 10 nəfərlə azlıqda qalmasına rəğmən, Meksika təmsilçisi üzərində 3:1 hesablı qələbə qazanıb.
“Mən qırmızı vərəqəni görəndə, dərhal başa düşdüm ki, çox çətin olacaq. Bizə, oyuna bütün yanaşmamızı dəyişmək lazım gəldi. Xoşbəxtlikdən, oyunçularım bunu əla başa düşdülər.
Biz çox yetkin oynadıq, ağılla, fədakarlıqla və intizamla ki, oyunun necə inkişaf etməsinin öhdəsindən gələk. Biz başa düşürdük ki, oyun bizim üçün çox uzun çəkəcək. Nəticədə 10 nəfərlə azlıqda 3:1 hesablı qələbə – bu, möhtəşəmdir!”, – FIFA-nı rəsmi saytı Xabi Alonsodan sitat gətirir.
2 turdan sonra “Real”ın yer “H” qrupunda yarış cədvəli belə bir mənzərə yaradır:
- “Real” – 4 xal;
- “Zalsburq” – 4 xal;
- “Əl-Hilal” – 2 xal;
- “Paçuka” – 0.


