“Barselona”nın baş məşqçisi Xavi komandasının La Liqanın 16-cı turunda evdə “Jirona” ilə oyunda (2:4) məğlubiyyətini şərh edib.
Arena.az AS dərgisinə istinadən, Xavinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Jirona”nın etdikləri böyük nailiyyət idi. Onlar daha yaxşı idilər və bizdən yeddi xal irəli düşdülər, buna isə tamamilə layiq idilər. Oyun bərabər keçdi, hər şeyi xüsuslar həll etdi. “Barselona”nın qələbəsi də ədalətli olardı. Deyəsən, biz qapıya 31 dəfə zərbə vurduq. Müdafiədəki səhvlər bizə öz təsirini göstərdi.
“Jirona”nın əla komandası, gözəl layihəsi var. Biz fərqi aradan qaldırmaq istəyirdik, amma bu, bizim gerçəyimizdir. Baxmayaraq ki, buna görə məni tənqid edirlər, “Barselona” inşa edilir. İki addım irəli getmək üçün bir addım geri atmaq gərəkdir. Şübhə etməyə ehtiyac yoxdur – hər şeyi əvvəlki kimi etmək lazımdır. Oyun pis alınmadı, amma biz dəhşətli nəticə əldə etdik”, deyə Xavi bildirib.
La Liqanın 16 turundan sonra “Jirona” La Liqanın turnir cədvəlində 41 xalla liderliyini sürdürür. “Barselona” isə 34 xalla 4-cüdür.


