Xavi “Real”a məğlubiyyət haqda: “Biz qalib gəlməli idik…”

“Barselona”nın baş məşqçisi Xavi komandasının İspaniya çempionatının 11-ci turunda “el klasiko”da “Real”a məğlubiyyətini (1:2) şərh edib.

Arena.az “Marca” dərgisinə istinadən Xavinin bu barədə fikirlərini təqdim edir:

“Fikrimcə, bir saat ərzində biz üstünlük nümayiş etdirdik. Amma bu, futboldur… Komandamıza qol vurmaq üçün beş-altı imkan lazımdır. “Real”a iki qol vurmaq üçün cəmi üç imkan kifayət etdi. Bizə səmərəli icra çatışmırdı. Fikrimcə, bu oyunda qalib gəlməli olan vardısa, bu, biz olmalı idik…

Hesab edirəm ki, komandamız yaxşı oyun göstərdi. Oyunun gedişində “Real”ın heç-heçəyə sevindiyi hiss edilirdi. Hər şeyin bu nəticə doğru doğru getdiyi təsəvvürü yarananda, bu uğursuz an Cud Bellingemin qolu ilə baş verdi.

Nə deyim… çox pis nəticədir. Bununla belə, futbolun səviyyəsi baxımından irəliyə doğru addım atmışıq”, deyə Xavi təsəlli ilə bildirib.

Xatırladaq ki, “Real” Bellingemin dublu sayəsində “el klasiko”da əzmkar səfər qələbəsi qazanaraq, 28 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Eyni miqdar xal toplamış “Jirona” 2-ci pillədə qərarlaşıb. “Barselona” isə 24 xalla 3-cü pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: