Xosep Qvardiola: “Baxımlı oyun və gözəl reklam idi”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 12-ci turunda “Çelsi” ilə oyundakı heç-heçəni (4:4) şərh edib.

Arena.az BBC-yə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, Premyer Liqa üçün yaxşı reklam və baxımlı oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Mən fərqli bir şey gözləməzdim, “Çelsi”nin fantastik komandası və oyunçuları var. Biz isə bilirik ki, onlar həmişə güclü komandalara qarşı yaxşı oynayırlar. Biz öz oyunumuzu tətbiq etdik, amma ona nəzarət etmək çətin idi və onlar Koul Palmer və Mixaylo Mudrik kimi keyfiyyətlərə malik idilər. Driblinq və qaçış qabiliyyəti ilə oyunu idarə etmək çətindir – onlar aqressiv idilər.

Bizim, oyun zamanı başa çatdıra bilmədiyimiz iki-üç təkbətək məqamımız oldu, amma oyun son anlarında idi. Gərgin oyun olsa da, ədalətli nəticədir. Komandanı təbrik edirəm, fasiləyə gedirik, Çempionlar Liqasına vəsiqə qazandıq, amma qayıdıb davam edəcəyik.

4:4 əvəzinə 1:1 oynamağı üstün tuturammı? Olan budur. Mən 7:0 hesabı ilə qalib gəlməyə üstünlük verirəm, amma bu, müvafiq səviyyədə olmur. Onlar fantastik komandadırlar. Qapıya zərbələrin orta sayını bilmirəm, amma sonda hər iki komanda çalışdı və etməli olduqlarını etdilər”, deyə “Pep” bildirib.

Heç-heçəyə rəğmən, “Mançester Siti” 28 xalla Premyer Liqanın turnir cədvəlində liderliyini qoruya bilib. “Çelsi” isə 16 xalla “ekvator”da – 10-cu sırada qərarlaşıb.

Xosep Qvardiola oyundan sonra baş vermiş bir məqama da aydınlıq gətirib. Xatırladaq ki, oyundan sonra “zadəganlar”ın baş məşqçisi, argentinalı mütəxəssis Maurisio Poçettino Qvardiolanın əlini sıxmayıb, əksinə hakimlərin yanına yönəlib və onların işindən şikayətlənib. “Pep” bu məqam barədə şərh verib:

“Fəsad deyil. Problem deyil. Bu mövzuda bir söz demək istəmirəm. Hər şey yaxşıdır. Duyğular bəzən mənimlə də baş verir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: