Xosep Qvardiola belindəki əməliyyatdan sonra işinə qayıdıb

İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola belində keçirilmiş tibbi əməliyyatdan sonra işinə qayıdıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

52 yaşlı məşqçi avqustun 22-də əməliyyat olunduqdan sonra kluba qayıdıb. İspan mütəxəssis qayıdışından sonra komandası ilə ilk məşqini keçirib.

Bu müddətdə Xosep Qvardiola “şəhərlilər”in Premyer Liqa çərçivəsində iki oyununu buraxıb. Buna rəğmən “Mançester Siti” “Şeffild Yunayted” (2:1) və “Fulhem” (5:1) üzərində qələbə qazana bilib. “Pep”in yoxluğunda “şəhərlilər”ə baş məşqçinin köməkçisi Xuanma Lilyo rəhbərlik edib.

Hazırda “Mançester Siti” 4 turdan sonra mütləq nəticə – 12 xalla Premyer Liqanın lideridir, komandanın top fərqi isə 11:2 nisbətindədir. Sentyabrın 16-da “Mançester Siti” səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: