“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qarşıdakı klublararası dünya çempionatının “Fluminense” ilə final oyunu haqda danışıb.
Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən “Fluminense”nin istedadını və keyfiyyətini, həmçinin nəyə qadir olduğunu dəqiq bilirəm. Onlar Argentina, Kolumbiya və Uruqvay komandalarına qalib gəliblər. Onların Marselo və qapıçıları ilə təcrübələri var. Onların yaşı 37-dən yuxarı olan beş-altı oyunçusu var, yəni duyğularını idarə etməyi bacarırlar. Kano məqsədyönlü hüçumçudur.
Onlar 1970-ci, 80-ci və 90-cı illərin əvvəllərindəki özünəməxsus Braziliya üslubunda oynayırlar, məsələn, 1994-cü ildə Dünya Kubokunu qazanmış Braziliya kimi. Onlar topa çox sahibdirlər, qısa ötürmələr edir, təkbətək oynayırlar və fiziki cəhətdən güclüdürlər.
Topla dəqiq davranmalı və onların heç vaxt rastlaşmadığımız bir üslubda oynadıqlarını başa düşməliyik. Mövqeli oynamırlar, çox hərəkət edirlər. Top burdan ora, ordan bura hərəkət edir. Nəbzimizi tətbiq etməli, yaxşı oyun göstərməli və pis anlarda israrlı olmalıyıq”, deyə Xosep Qvardiola rəqibin çətin olduğunu başa düşməyə əsas verib.
“Mançester Siti” və “Fluminense” arasında FIFA Klub Dünya Kuboku final oyunu bu gün, dekabrın 22-də keçiriləcək. Hakimin finalı başladacağı fit Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.


