Xosep Qvardiola həyəcan təbili çaldı: “Pep” ayıl, nələr olur?!”

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”in üzləşdiyi oyun böhranından danışıb.

Arena.az “City Xtra” dərgisinə istinadən məlumat verir ki, Qvardiola Premyer Liqanın son dörd oyununda qələbə qazana bilmədiyi üçün “şəhərlilər”in İngiltərə çempionatının turnir cədvəlində birbaşa rəqiblərindən geri qalmağa başlaması ilə bağlı vəziyyəti şərh edib:

“Biz narahat olmağa başlayırıq, amma bu, dünyanın sonu deyil. Nikbin olun və mənə bu çətinliyin öhdəsindən gəlmək istədiyinizi göstərin. Mənim, özümdən, klubdan və komandadan gözlədiyim budur, əgər təbii ki, hazır olsaq”, deyə Qvardiola bildirib.

Həmçinin ispan mütəxəssis İngiltərə Premyer Liqasındakı qələbəsiz silsilənin qırması üçün hansı addımları atmalı olduğu haqda danışıb:
“Bu vəziyyətdə, özümə demək üçün bir addım geri çəkilməliyəm: “Ah, “Pep”, ayıl! Səhv bir şey varmı? Adamlarınla tam təhlil apar, nə baş verdiyini və niyə onsuz da dörd oyunda qalib gələ bilmədiyini qiymətləndir. Axı əvvəllər indikindən pis oynayanda da qalib gəlirdin. Başla görək!”, deyə Xosep Qvardiola bildirib.

Xatırladaq ki, İngiltərə çempionatının son 4 oyununda Qvardiolanın komandası 3 dəfə heç-heçə edib: “Çelsi” (4:4), “Liverpul” (1:1) və “Tottenhem” (3:3) ilə, həmçinin “Aston Villa”ya uduzub – 0:1.

Premyer Liqanın 16 turundan sonra “Mançester Siti” 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Şəhərlilər”i 35 xalla 3-cü “Aston Villa”, 36 xalla 2-ci “Arsenal”, həmçinin turnir cədvəlinin 37 xalla lideri “Liverpulu qabaqlayır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: