Xosep Qvardiola “Milan”a məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümöncəsi hazırlıq xüsuslu yoldaşlıq oyununda “Milan”a məğlubiyyəti (2:3) şərh edib.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz bu oyunda “Seltik”lə ilk oyundan daha yaxşı oynadıq və bəzi oyunçular irəliyə doğru bir addım da atmış oldular. Ümumiyyətlə, hər şey heç də pis deyildi, Çempionlar Liqasının iştirakçısı olan komandaya qarşı hamı yaxşı oynadı.

Bu, irəliyə doğru bir addım idi: biz zədəsiz keçindik, oyunçular oyun vaxtı aldılar, daha bir sınaqdan çıxdıq və bir neçə gündən sonra isə “Barselona” ilə başqa bir oyuna uçacağıq”, deyə Xosep Qvardiola bildirib.

Xatırladaq ki, avqustun 10-da Qvardiolanın “şəhərlilər”i İngiltərə Super Kuboku uğrunda “Mançester Yunayted”lə qarşılaşacaqlar. “Uembli” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: