Yurgen Klopp: “Mən dahi deyiləm”

“Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp İngiltərə Premyer Liqasında çempionluq yarışından danışıb.

Arena.az ”Sky Sports” dərgisinə istinadən, 56 yaşlı məşqçinin bu barədə fikirlərini təqdim edir:

“Mən dahi deyiləm. Dörd aydan sonra nə olacağını deyə bilmərəm. Mən yalnız ən yaxşı həllər və fikirləri tapmağa çalışıram. Bəzən bu, işləyir, bəzən isə nəsə dəyişir. Ancaq indiki komanda haqqında tez bir zamanda yaxşı hisslər meydana gəldi. Görək, bütün bunlar işə yarayacaqmı. Biz düzgün istiqamətdə hərəkət etməliyik.

İnsanlar bunun çempion ola biləcəyimiz anlamına gəldiyini düşünürlər. Hələ ki, belə deyil, amma kimsənin bizə qarşı oynamaq istəmədiyi komandamız var. Hələ atmalı olduğumuz böyük addımlarımız var, amma hər şey düzgün istiqamətdə gedir”, deyə Yurgen Klopp vurğulayıb.

21 turdan sonra Yurgen Klopun “Liverpul”u 51 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla liderdir. 20 oyundan 43 xal toplamış “Mançester Siti” 2-ci pillədə qərarlaşıb. 21 oyundan 43 xal toplamış “Arsenal” və “Aston Villa” müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər. “Tottenhem” isə 40 xalla 5-ci pillədə yer alıb. Mütəxəssislər çempionluq uğrunda mübarizənin əsasən bu beşlik arasında gedəcəyini təxmin edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: