“Yuventus” da İtaliya kubokunda yarımfinala yüksəldi

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu – üçüncü oyun günündə daha bir qarşılaşma baş tutub.

“Yuventus” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Turin təmsilçisi bu rəqibini məğlub etməklə növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, daha öncə “İnter”, “Fiorentina” və “Kremoneze” də rəqiblərini üstələyərək yarımfinala yüksəlmişdilər.

İtaliya kubokunda yarımfinal mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 4-5 apreldə, cavab görüşləri isə 25-26 apreldə baş tutacaq. “İnter” finala vəsiqə uğrunda “Yuventus”la mübarizə aparacaq. “Kremoneze” isə “Fiorentina”nın rəqibi olub.

İtaliya kuboku
1/4 final
31 yanvar

İnter – Atalanta 1:0
Qol: Darmian, 57.

1 fevral

Fiorentina – Torino 2:1
Qol: Yoviç, 64. İkone, 89 – Karamo, 90+2.

Roma – Kremoneze 1:2
Qol: Belotti, 90+4 – Dessers, 28. Z.Çelik, 49.

2 fevral

Yuventus – Latsio 1:0
Qol: Bremer, 44.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: