“Yuventus” özünü gələcək cəzalardan sığortalayır

“Yuventus” 2023/2024 mövsümündə komandanı avrokuboklardan kənarlaşdırmaq üçün UEFA-nın qərarını qəbul etməyə hazırdır.

Arena.az bu barədə “Corriere dello Sport”a istinadən xəbər verir.

“Qoca sinyora”nın İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlamaqdan imtinası, Turin klubunun UEFA-nın rəyi ilə dərhal razılaşması anlayışına gəlir. Öz növbəsində klub rəhbərliyi bunu 2024/2025-ci il mövsümü üçün mümkün cəzalardan sığortalanma tədbiri kimi qəbul edir.

Beləliklə, “Yuventus” 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak etməyəcək. “Qoca sinyora”nın Avropa yarışlarından kənarlaşdırılması, UEFA-nın 2022-ci il dekabrın əvvəlində Turin klubunun mübahisəli balansları və maliyyə feyr-pley qaydalarının pozulması ilə bağlı başlatdığı təhqiqatın nəticəsidir.

İtaliya nəhənginin 2023/2024 mövsümü üçün avrokuboklardan uzaqlaşdırılması ilə bağlı açıqlama yaxın günlərdə qəbul ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: