“Yuventus” Pol Poqbanı satmağa hazırdır

“Yuventus” Fransa yığmasının mərkəz yarımmüdafiəçisi Pol Poqbanı futbolçu ilə müqavilə imzaladıqdan bir il sonra satmağa hazırdır.

Arena.az bu barədə “Sportface.it” portalına istinadən xəbər verir.

Məlumata görə, mövsümə daha yaxşı hazırlaşmaq üçün Poqba iyulun 2-də “Yuventus”un qalan oyunçularından 10 gün əvvəl məşqlərə qayıdacaq.

Bununla belə, “La Gazzetta dello Sport”un məlumatına görə, “Yuventus” Poqbanın fiziki hazırlığına şübhə ilə yanaşır. Bundan əlavə, klub həm də maaş fondunu azaltmalıdır.

Bütün bunlar Poqbanı bu yay satışa namizədlərdən biri mövqeyinə gətirib. “Qoca sinyora”nın fransız yarımmüdafiəçi üçün təklifləri dinləməyə hazır olduğu deyilir.

Poqba geridə qalmış mövsüm ərzində “Yuventus”un heyətində cəmi 10 oyun keçirib, 161 dəqiqə meydanda olub, 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: