Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 14-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Frayburq” doğma meydanda “Volfsburq”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.
14-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
14-cü tur
13 dekabr
Frayburq – Volfsburq 3:2
Qollar: Kubler, 42; 51. Qreqoriç, 61 – Vind, 75. Svanberq, 83.
14 dekabr
18:30. Auqsburq – Bayer
18:30. Borussiya (Mönhenqladbax) – Holştayn
18:30. Maynts – Bayern
18:30. Union Berlin – Boxum
21:30. Sankt Pauli – Verder
15 dekabr
18:30. Haydenhaym – Ştutqart
20:30. Borussiya (Dortmund) – Hoffenhaym
22:30. Leypsiq – Ayntraxt


