Almaniya Bundesliqasının ən bahalı oyunçuları açıqlandı

“Transfermarkt” internet-portalı ilin yekun yenilənməsi əsasında Almaniya Bundesliqasının ən bahalı oyunçularını açıqlayıb.

Arena.az məlumat verir ki, ilk onluğun zirvəsində transfer dəyəri 140 milyon avro məbləğində qiymətləndirilən, Almaniya yığmasının hücumameylli yarımmüdafiəçiləri – “Bayern”dən Camal Musiala və “Bayer”dən Florian Virts yer alıblar.

Almaniya Bundesliqasının ən bahalı oyunçularının onluğunu təqdim edirik:

  1. Camal Musiala (“Bayern”) – 140 milyon avro;
  2. Florian Virts (“Bayer”) – 140 milyon avro;
  3. Harri Keyn (“Bayern”) – 90 milyon avro;
  4. Xavi Simons (“Leypsiq”) – 80 milyon avro;
  5. Maykl Olise (“Bayern”) – 65 milyon avro;
  6. Lua Openda (“Leypsiq”) – 60 milyon avro;
  7. Ömər Marmuş (“Ayntraxt”, Frankfurt) – 60 milyon avro;
  8. Ceremi Frimponq (“Bayer”) – 50 milyon avro;
  9. Aleksandar Pavloviç (“Bayern”) – 50 milyon avro;
  10. Benyamin Şeşko (“Leypsiq”) – 50 milyon avro.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: