Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının “Barselona” 18-ci tur səfər oyunundan gözləntilərini açıqlayıb.
Arena.az AS dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Barsa”ya qalib gəlməyin qənimət qazanmağımıza kömək edəcəyini düşünsək, yanlış yolda olarıq. Müvafiq fikirlər hər oyundan əvvəl olmalıdır – bir qələbə heç nəyə zəmanət vermir, qarşıda hələ 20 oyun var”, deyə “El-Çolo” ləqəbli Simeone vurğulayıb.
Argentinalı mütəxəssis “blauqrana”nın 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamalın zədə səbəbindən bu oyunda iştirak etməyəcəyi ilə bağlı məqama da toxunub:
“O, görkəmli futbolçudur, inanılmaz dərəcədə tərəqqi edib, hücumda ən yaxşılardan biridir. “Barselona”da oxşar xüsusiyyətlərə malik oyunçular artıq yoxdur, amma Ferran Torres, Olmo, Fermin Lopez var… Onlar uğura aparan başqa yol axtarışında oynamalı olacaqlar”, deyə Dieqo Simeone vurğulayıb.
“Barselona” – “Atletiko” oyunu bu gün, dekabrın 21-də baş tutacaq. Hakin oyunu Bakı vaxtı ilə saat 00:00-da (22 Dekabr) başladacaq.
Vurğulayaq ki, oyun turun mərkəzi görüşü kimi əlamətdar olacaq.
17 oyundan 38 xal toplamış Madrid “Atletiko”su İspaniya La Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Döşəkçilər” 18 oyundan eyni miqdarda xal toplamış “Barselona”ya nəzərən, mümkün lider qismindədirlər.
Əlavə edək ki, “Atletiko”nun cari mövsümdə bütün yarışlarda ardıcıl 11 qələbədən ibarət silsiləsi var.


