Hansi Flik Dieqo Simeoneni qiymətləndirdi

“Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik Madrid “Atletiko”sunun argentinalı mütəxəssis Dieqo Simeoneni qiymətləndirib.

Arena.az xatırladır ki, komandalar İspaniya La Liqasının 18-ci turu çərçivəsində üz-üzə gələcəklər.

“Atletiko”nun sükanı arxasında 700-dən çox oyun keçirməsi inanılmazdır. Simeone fantastik iş görüb. Mən ona çox hörmət bəsləyirəm. Onun həyat tərzini bəyənirəm. Komandası da ona bənzəyir. Mən onun işinə hörmət edirəm, amma biz qalib gəlmək istəyirik”, deyə Hansi Flik vurğulayıb.

“Barselona” – “Atletiko” oyunu bu gün, dekabrın 21-də baş tutacaq. Hakin oyunu Bakı vaxtı ilə saat 00:00-da (22 Dekabr) başladacaq.

Vurğulayaq ki, oyun turun mərkəzi görüşü kimi əlamətdar olacaq. 17 oyundan 38 xal toplamış Madrid “Atletiko”su İspaniya La Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Döşəkçilər” 18 oyundan eyni miqdarda xal toplamış “Barselona”ya nəzərən, mümkün lider qismindədirlər.

Əlavə edək ki, “Atletiko”nun cari mövsümdə bütün yarışlarda ardıcıl 11 qələbədən ibarət silsiləsi var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: