Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Auqsburq” doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Tərəflər meydanı qol vurmadan tərk ediblər.
22-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
22-ci tur
14 fevral
Auqsburq – Leypsiq 0:0
15 fevral
18:30. Boxum – Borussiya (Dortmund)
18:30. Sankt Pauli – Frayburq
18:30. Ştutqart – Volfsburq
18:30. Union Berlin – Borussiya (Mönhenqladbax)
21:30. Bayer – Bayern
16 fevral
18:30. Verder – Hoffenhaym
20:30. Ayntraxt – Holştayn
22:30. Haydenhaym – Maynts


