17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunmuş İnkişaf Kubokunda sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi millimiz üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə əldə edən komandaların qarşılaşmasında Özbəkistan seçməsi 2:1 hesablı qələbə qazanıb. Belarusun paytaxtı Minskdə keçirilmiş oyunda millimizin yeganə qolunu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub.
Bununla U-17 millimiz İnkişaf Kubokunda 4-cü yeri tutub.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində Rusiyaya (0:3) məğlub olsa da, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlmişdi.


