Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “Bayer” doğma meydanda “Boxum”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
27-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
27-ci tur
28 mart
Bayer – Boxum 3:1
Qollar: A.Qarsiya, 20. Bonifase, 60. A.Adli, 87 – Passlak, 26.
29 mart
18:30. Borussiya (Mönhenqladbax) – Leypsiq
18:30. Bayern – Sankt Pauli
18:30. Hoffenhaym – Auqsburq
18:30. Holştayn – Verder
18:30. Volfsburq – Haydenhaym
21:30. Ayntraxt – Ştutqart
30 mart
17:30. Frayburq – Union Berlin
19:30. Borussiya (Dortmund) – Maynts


