Bundesliqa: “Bayern” “Auqsburq”u 3 qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Auqsburq” doğma meydanda lider “Bayern”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda Münhen təmsilçisi inamlı qələbəyə sevinib.

28-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
28-ci tur
4 aprel

Auqsburq – Bayern 1:3
Qollar: Yannulis, 30 – Musiala, 42. H.Keyn, 60. Matsima, 90+3-öz qapısına.

5 aprel

17:30. Boxum – Ştutqart
17:30. Frayburq – Borussiya (Dortmund)
17:30. Haydenhaym – Bayer
17:30. Maynts – Holştayn
17:30. Leypsiq – Hoffenhaym
17:30. Verder – Ayntraxt

6 aprel

17:30. Sankt Pauli – Borussiya (Mönhenqladbax)
19:30. Union Berlin – Volfsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: