Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 30-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Səkkiz qolun qeydə alındığı “Union Berlin” – “Ştutqart” matçında qalib müəyyənləşməyib. “Manyts” – “Volfsburq” və “Leypsiq” – “Holştayn” görüşlərində də tərəflər hərəyə 1 xalla kifayətləniblər.
“Frayburq” doğma meydanda “Hoffenhaym”a, “Verder” isə “Boxum”a qalib gəlib. Səfərdə “Haydenhaym”la üz-üzə gələn “Bayern” isə 4 cavabsız qola sevinib.
Almaniya, Bundesliqa
30-cu tur
19 aprel
Frayburq – Hoffenhaym 3:2
Qollar: Holer, 28; 57. Doan, 36 – Bulter, 45+2. Kramariç, 45+5.
Haydenhaym – Bayern 0:4
Qollar: H.Keyn, 13. Laymer, 19. Koman, 36. Kimmix, 56.
Manyts – Volfsburq 2:2
Qollar: Li, 37. Kohr, 40 – Arnold, 3. Vavro, 89.
Leypsiq – Holştayn 1:1
Qollar: Şeşko, 74-pen – Maşino, 44.
Verder – Boxum 1:0
Qol: Vayzer, 80.
Union Berlin – Ştutqart 4:4
Qollar: İliç, 5; 45+6. Leyte, 19. Querfeld, 38 – Undav, 23. Millo, 29. Şabo, 43. Fuhrix, 45+1.
20 aprel
17:30. Auqsburq – Ayntraxt
19:30. Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax)
21:30. Sankt Pauli – Bayer


