“İnter Mayami”nin 37 yaşlı argentinalı ulduz hücumçusu Lionel Messi portuqal ulduz hücumçu Kristiano Ronaldo ilə rəqabəti haqda söhbət açıb.
Arena.az xatırladır ki, “Leo”nun “Kriş”lə futbol rəqabəti nəinki “Barselona” – “Real” müstəvisində, ümumilkdə böyük futbolda ən parlaq və qızğın rəqabətlərdən biri olaraq tarixə düşüb.
“Bu, həmişə döyüş idi. İdman baxımından bu, gözəl idi. Biz bir-birimizi daha da yaxşı olmasına rəvac verirdik, belə ki, hər ikimiz məqsədyönlü idik.
O, elə, mənim kimi, hər şeyi qazanmaq istəyirdi. Bu, bizim üçün gözəl çağlar idi, həmçinin futbolu sevən hər kəs üçün”, deyə Messi “Qızıl top”un rəsmi “X” sosial şəbəkə hesabına müsahibəsində bildirib.
Rəqəmləri və nailiyyətləri bir kənara qoysaq, Messi və Ronaldonun futbol rəqabəti argentinalı ulduza 8, portuqal ulduza isə 5 “Qızıl top” qazandırıb.


