Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Borussiya” (Dortmund) – “Leypsiq” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Auqsburq” “Volfsburq”u, “Bayer” “Union Berlin”i, “Verder” də “Sankt Pauli”ni xalsız yola salıb.
“Ayntraxt”ın qonağı olmuş “Bayern” də rəqibini 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, 6-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
6-cı tur
3 oktyabr
Hoffenhaym – Köln 0:1
Qol: El Mala, 16.
4 oktyabr
Auqsburq – Volfsburq 3:1
Qollar: Banks, 3. M.Kömür, 51. Felhauer, 63 – Daqim, 65.
Bayer – Union Berlin 2:0
Qollar: Poku, 33. Kofane, 49.
Borussiya (Dortmund) – Leypsiq 1:1
Qollar: Kouto, 23 – Baumqartner, 7.
Verder – Sankt Pauli 1:0
Qol: Mbanqula, 2.
Ayntraxt – Bayern 0:3
Qollar: L.Dias, 1; 84. H.Keyn, 27.
5 oktyabr
17:30. Ştutqart – Haydenhaym
19:30. Hamburq – Maynts
21:30. Borussiya (Mönhenqladbax) – Frayburq


