Bundesliqa: “Ştutqart” 1, “Hamburq” 4 qolla qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Borussiya” (Mönhenqladbax) – “Frayburq” matçında qapılara qol vurulmayıb. “Ştutqart” “Haydenhaym”ı tək qolla üstələyibsə, “Hamburq” “Maynts”ı 4 cavabsız qolla məğlub edib.

Beləliklə, geridə qalmış 6 turdan sonra itkisiz irəliləyən yeganə komanda “Bayern” 18 xalla vahid liderdir. Dortmund “Borussiya”sı 14 xalla ikinci, “Leypsiq” 13 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 12, “Bayer”in 11, “Köln”ün 10 xalı var.

Almaniya, Bundesliqa
6-cı tur

3 oktyabr

Hoffenhaym – Köln 0:1
Qol: El Mala, 16.

4 oktyabr

Auqsburq – Volfsburq 3:1
Qollar: Banks, 3. M.Kömür, 51. Felhauer, 63 – Daqim, 65.

Bayer – Union Berlin 2:0
Qollar: Poku, 33. Kofane, 49.

Borussiya (Dortmund) – Leypsiq 1:1
Qollar: Kouto, 23 – Baumqartner, 7.

Verder – Sankt Pauli 1:0
Qol: Mbanqula, 2.

Ayntraxt – Bayern 0:3
Qollar: L.Dias, 1; 84. H.Keyn, 27.

5 oktyabr

Ştutqart – Haydenhaym 1:0
Qol: El Xannus, 65.

Hamburq – Maynts 4:0
Qollar: Lokonqa, 6. Filippe, 10; 61. Dompe, 52.

Borussiya (Mönhenqladbax) – Frayburq 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: