Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Union Berlin” Mönhenqladbax “Borussiya”sını qəbul edib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
7-ci tur
17 oktyabr
Union Berlin – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Doexi, 3; 26. Xedira, 81 – Tabakoviç, 33.
18 oktyabr
17:30. Köln – Auqsburq
17:30. Haydenhaym – Verder
17:30. Maynts – Bayer
17:30. Leypsiq – Hamburq
17:30. Volfsburq – Ştutqart
20:30. Bayern – Borussiya (Dortmund)
19 oktyabr
17:30. Frayburq – Ayntraxt
19:30. Sankt Pauli – Hoffenhaym


