Yonatan Burkardt – Bundesliqada oktyabrın ən yaxşı oyunçusu!

“Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt futbol üzrə Almaniya Bundesliqasında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Burkardt səsvermədə Alexandro Qrimaldo (“Bayer”), Kristof Baumqartner (“Leypsiq”), Luis Dias, Yozua Kimmix və Maykl Olise (hamısı “Bayern”) kimi futbolçuları qabaqlayıb.

Yonatan oktyabr ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 3 oyunda 4 qol vurub.

Xatırladaq ki, Bundesliqada avqust ayının ən yaxşısı “Bayern”in futbolçusu Maykl Olise seçilmişdi. Sentyabrda isə Münhen təmsilçisinin digər hücumçusu Harri Keyn fərqlənmişdi.

Yonatan Burkardt “Maynts”ın məzunudur və “Ayntraxt”a keçənə qədər böyük futbolda ancaq “karnavalçılar” üçün oynayıb. Frankfurt klubu onu bu ilin yayında 21 milyon avro müqabilində heyətinə qatıb. Burkardtın “Ayntraxt”la 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

2025/2026-cı illər mövsümündə Burkardt “Ayntraxt” üçün 17 oyuna 11 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Burkardt 2024-cü ilin oktyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” intternet-portalı 25 yaşlı alman mərkəz hücumçusunun transfer dəyərini 35 milyon avro məbəğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: