Bundesliqa: “Bayern” və “Leypsiq”dən əzici qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Köln” – “Sankt Pauli” matçında qalib müəyyənləşməyib. “Haydenhaym” “Frayburq”u, “Volfsburq” “Union Berlin”i məğlub yola salıb. “Bayer” səfərdə “Auqsubrq”a məğlub olub. “Leypsiq” “Ayntraxt”la ev oyununda darmadağına sevinibsə, “Bayern” “Ştutqart”ı səfərdə böyük hesabla yenib.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
13-cü tur

5 dekabr

Maynts – Borussiya (Mönhenqladbax) 0:1
Qol: Da Kosta, 58-öz qapısına.

6 dekabr

Auqsubrq – Bayer 2:0
Qol: Yannulis, 6. Kade, 28.

Köln – Sankt Pauli 1:1
Qollar: El Mala, 51 – R.Cons, 90+4.

Haydenhaym – Frayburq 2:1
Qollar: Mainka, 59. Şimmer, 90+4 – Manzambi, 40.

Ştutqart – Bayern 0:5
Qollar: Laymer, 11. Keyn, 66; 82-pen; 88. Stanişiç, 78.

Volfsburq – Union Berlin 3:1
Qollar: Vimmer, 10. Amura, 30. Mayer, 59.

Leypsiq – Ayntraxt 6:0
Qollar: Harder, 5. Baumqartner, 31. Diomande, 47; 55; 65. Raum, 62-pen.

7 dekabr

18:30. Hamburq – Verder
20:30. Borussiya (Dortmund) – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: