Fərid oynadı, “Viktoriya” yenə darmadağına üzüldü

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 7-ci tur çərçivəsində səfərdə “Vişkov”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Fərid Nəbiyev bu oyuna komandasının start heyətində başlayıb. O, fasilədə əvəzlənib.

“Viktoriya” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: