“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Arena.az xəbər verir ki, paytaxt klubu Azərbaycan milli komandasının üzvü Azər Salahlını heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Salahlı yeni komandasının heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) klublarında çıxış edib. O, 2020-ci ildə nAzərbaycan millisinə də dəvət alır.


