Kilan Lebon milliyə dəvət aldı

“Neftçi”nin Fransadan olan hücumameyilli yarımmüdafiəçisi Kilan Lebon futbol üzrə Sent Martin milli komandasına dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu yığmanın heyətində sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Xatırladaq ki, Kilan Lebon “Neftçi”yə bu ilin yanvarında Qazaxıstan təmsilçisi “Astana”dan transfer olunub. O, bu komandanın heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Ayaçço” (2019-2020), “Kretey” (2020) kimi klublarında forma geyinib. O, Niderlandın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) klublarında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: