PSJ-nin ispan baş məşqçisi Luis Enrike komandasının Liqa 1-in 4-cü turunda Lion “Olimpik”i üzərində qazandığı qələbəni (4:1) şərh edib.
Arena.az bu barədə PSJ-nin rəsmi saytına istinadən məlumat verir:
“Bəli, nəticə çox yaxşıdır və komandanın düzəni qüsursuzdur, amma qarşıda hələ çox uzun bir yol var və çox şeyi yaxşılaşdırmaq gərəkdir. Komandanın iddialarından və fərdiliyindən razıyam. Mbappe və Vitinya arasında əlaqə varmı? Biz hələ oyunçuları, nə istədiyimizi və nəyə can atdığımızı tanıdığımız bir dönəmdən keçirik. Ancaq aydındır ki, siz yüksək səviyyəli oyunçuları bir araya toplayanda əntiqə şeylər baş verir”, deyə Luis Enrike açıqlayıb.
Xatıraladaq ki, Fransa Liqa 1-nin 4-cü turu çərçivəsində səfərdə Lion “Olimpik”inin qonağı olmuş PSJ 4:1 hesabı ilə qalib gəlib. 4 turdan sonra PSJ 8 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Parislilər 2 qələbə, 2 heç-heçə yaşayıblar, topların fərqi isə 8:3-dür. Liqa 1-də 10 xalla “Monako” liderlik edir.


