“Qalatasaray”ın hücumçusu Mauro İkardinin agenti Elio Letterio Pino “Real”ın argentinalı mərkəz hücumçusu ilə maraqlandığını təsdiqləyib.
Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir:
“Mən indi Madriddəyəm. Hazırda klubun özündən heç bir rəsmi və ya qeyri-rəsmi təklif gəlməyib. Bununla belə, biz “Real”la əlaqə saxlayırıq”, deyə İkardinin agenti bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Real”ın hücum xəttində braziliyalı vingerlər – Vinisius Junior və Rodriqo Qoesin zədələnməsinə görə, “Kral klubu”nun argentinalı hücumçuya marağını gücləndirdiyi barədə məlumatlar yayılmışdı. Madridlilərin İkardi ilə qış transfer pəncərəsində anlaşa biləcəyi iddia edilirdi.
Mauro İkardi bir müddət icarə əsasında çıxış “Qalatasaray”a cari ilin iyulunda 10 milyon avro müqabilində PSJ-dən tamhüquqlu transferlə keçib. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə İkardı “Qalatasaray”ın heyətində 21 oyuna 16 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. İkardi 2022/2023 mövsümndə “Qalatasaray”la Türkiyə Super Liqasının qalibi olub.
Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.
Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdityi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Mauro İkardini 20 milyon avro məbləğində qiymətləndirir.


