Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha bir qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun gününün yeganə matçı “Fiorentina” ilə “Parma” arasında baş tutub.
Əsas və əlavə vaxtında qalib müəyyənləşmədiyi üçün, bu matç penaltilərə qədər uzanıb. 11 metrlik zərbələri daha dəqiq yetirən Florensiya təmsilçisi 1/4 finala növbəti vəsiqənin sahibinə çevrilib.
İtaliya Kubokunda 1/8 finalın qalan görüşləri gələn ilin yanvar ayına qədər davam edəcək.
İtaliya Kuboku
1/8 final
5 dekabr
Latsio – Cenoa 1:0
6 dekabr
Fiorentina – Parma 2:2 (penaltilər 4:1)
19 dekabr
00:00. Napoli – Frozinone
20 dekabr
00:00. İnter – Bolonya
2 yanvar
00:00. Milan – Kalyari
3 yanvar
21:00. Atalanta – Sassuoloo
00:00. Roma – Kremoneze
4 yanvar
00:00. Yuventus – Salernitana


