Luis Enrike PSJ oyunçularına nəzarət təşkil edib – onları güdürlər

PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike klubun futbolçularına nəzarət təşkil edib, başqa sözlə, onları güdürlər.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Enrike futbolçularının gizli məclislərdə olub-olmadığını öyrənmək üçün köməkçisini xəfiyyə qismində Parisin gecə klublarına göndərib. Bu əməkdaş həmçinin oyunçuların sosial şəbəkə səhifələrini yoxlamağa cəhd edib və məsuliyyət daşıyıb ki, oyunçulara yaxın olan insanlar onlara pis təsir göstərməsinlər.

Bundan əlavə, Enrike komanda üçün məşq bazasında məcburi qeydiyyat sistemini tətbiq edib.

Vurğulanır ki, Enrikenin rəhbərliyi altında nizam-intizam onun məşqçi kimi həmişə əsas prinsiplərindən olub.

Mütəxəssis həmişə paltardəyişmə otağında nizam-intizamı qorumağı xoşlayıb. O, hesab edir ki, kənardan diqqəti yayındıran amillər onun oyunçularına zərər verə bilər.

Luis Enrike PSJ-ni cari ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Enrike PSJ-ni 21 oyuna çıxarıb, 13 qələbə qazandıb, 5 heç-heçə və 3 məğlubiyyət yaşayıb. Komandanın top fərqi 47:20 nisbətindədir.

Bu arada, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Luis Enrikenin komandanın baş məşqçisi kimi fəaliyyətini yüksək qiymətləndirib:
“Enrikenin rəhbərliyi altında ilk oyunumuzdan bəri çox xoşbəxtik. O, bizim oyun üslubumuz üzərində çox yaxşı iş gördü. Biz eyni ruhda davam etmək istəyirik, məşqçi həqiqətən köklənib və biz hamımız eyni dalğadayıq” – UEFA-nın rəsmi saytı Əl-Xelaifidən sitat gətirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: