“Real” və “Barselona” 1 milyard qazanacaq, əgər…

“Real” və “Barselona”nın yeni Super Liqada iştirakı müqabilində bu klubların hər birinə 1 milyard avro məbləğində mükafat ödəniləcək.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Yeni Avropa Super Liqasının təsisçisi “A22 Sports Management” rəhbərliyi bu turnirin iştirakçısı olacağı təqdirdə “Real” və “Barselona”nın hər birinə 1 milyard avro ödəyəcək.

Mənbənin məlumatına görə, Super Liqanın ümumi büdcəsi 15 milyard avro olduğu üçün klublara bu məbləği ödəmək iqtidarındadır. İspaniya nəhənglərinin hər birinə ödəniləcək 1 milyard avro məbləğin bu klubların rəhbərliyinin Super Liqa ideyasına sadiqliyi müqabilində mümkün olduğu vurğulanır. Hər iki klubun rəhbərliyi, xüsusilə “Real”ın prezidenti Florentino Peres Super Liqa ideyasının ən çılğın təbliğatçısıdır.

Bu ödənişin xüsilə Kataloniya klubunun bütün iqtisadi problemlərinin həllinə kömək edəcəyi də vurğulanır.

Xatırladaq ki, dekabrın 21-də Avropa İttifaqı Məhkəməsinin UEFA və FIFA-ya qarşı antiinhisar iddiası ilə bağlı qərar qəbul edəcəyi məhkəmə iclası olacaq. Avropa Super Liqasının gələcəyi böyük ölçüdə bu qərardan asılıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: